"Zirə"nin əsas komandasına cəlb olundu, yığmadan ayrıldı

27 İyul 2022 00:50 Zirə 617
"Zirə"nin əsas komandasına cəlb olundu, yığmadan ayrıldı

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"nin qapıçısı Səlim Həşimov yığmanın düşərgəsini tərk edib.

Buna qolkiperin İsraildə "Makkabi” (Təl-Əviv) klubuna qarşı keçiriləcək Konfrans Liqasının II tərnifat mərhələsinin cavab oyunu üçün "Zirə"nin əsas komandasına cəlb edilməsi səbəb olub.

Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.

İyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qartallar" Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti