“Zirə” iyulun 28-də Konfrans Liqasının II təsnift mərhələsinin cavab görüşləri çərçiəvsində “Makkabi”nin (Təl-Əviv) qonağı olacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün saat 08:00 radələrində İsrailə çarter yox, adi reyslə gedib.
Baş məşqçi bu barədə paylaşım edib. O, “Şuşa“ adını daşıyan “hava gəmisi“nin fotosunu çəkib.

Bakıdan Təl-Əvivə birbaşa uçuş olduğundan, əlavə xərcə düşməyə gərək qalmayıb.
Qəsəbə təmsilçisi Təl-Əvivə günortadan sonra çatmaqla vaxt və əlavə məşq imkanı qazanacaq. “Qartallar” “Herods” (“İrod”) otelində məskunlaşacaq.
Cümə axşamı “Makkabi” ilə oynayacaq zirəlilər matçdan dərhal sonra Təl-Əviv-Bakı reysi ilə geri dönəcək.
İyulun 21-də komandalar arasında Bakıda keçirilmiş oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı. Cavab oyunu iyulun 28-i, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
SPORTİNFO.AZ

