Rəşad Sadıqovun sərəncamındakı futbolçular arasındakı fərq

22 İyul 2022 15:00 Zirə 1 961
Rəşad Sadıqovun sərəncamındakı futbolçular arasındakı fərq

Hələ püşk atılanda, bəlli idi ki, Konfrans Liqasındakı təmsilçilərimiz arasında ən «dişli» rəqib «Zirə»nin bəxtinə düşüb.

«Makkabi» əvvəl də Azərbaycan klubları ilə üz-üzə gəlib və onları nə «Xəzər Lənkəran», nə də «Qarabağ» uda bilib.

«Zirə» ona ümid bəsləyə bilərdi ki, bəlkə nəsə baş verər, heç-heçə edər. O «nəsə» də baş vermədi, olmadı.

Erkən qolun şokundan ayıla bilməyən «Zirə» daha bir dəfə topu öz qapısında görüncə, oyundan qopdu.

İkinci hdissənin əvvəlindəki növbəti qol isə cütün taleyini demək olar Mərdəkanda müəyyənləşdirdi.

«Zirə» bu yay yalnız daxili bazarda tərpəniş göstərib, ölkə xaricindən bir legioner gətirməyib.

Rəşad Sadıqovun sərəncamındakı futbolçuların arasında isə fərq var – səviyyə fərqi. Yerlilər gəlmələrdən geri qalır.

Odur ki, komanda özünü meydanda tapmadı. Həyacan qorxu saçdı. Qorxu isə həm hesaba, həm də ümumi oyuna sirayət etdi.

Hamidu Keyta, Rüstəm Əhmədzadə və Rəhim Sadıxov ayrı-ayrı epizodlarda gözdə dəydi.

Ələxsüsus, fransalı vinger. Yarımmüdafiənin sol cinahında yer alan Keyta iki-üç epizodda qolun qoxusunu aldı, fəqət, o qoxunu ciyərlərinə çəkə bilmədi.

Başqa nə? Heç zad!

«Zirə» gözlənilənin əksinə, dağıdıcı futbol sərgiləmədi, amma praqmatik yönünə sadiq qaldı. Komandanın özündə disbalans mövcuddur, üstəlik, «Makkabi»nin adı və təcrübəsizlik nəticəyə öz möhürünü vurdu.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti