“Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, “qartallar”ın avrokubok sınağı İsrailin tanınmış klublarından “Makkabi”yə (Təl-Əviv) qarşı olub
. Tarixində ikinci dəfə avrokuboklarda iştirak edən “Zirə” Mərdəkandakı matçda maksimum yaxşı nəticə əldə etməyi hədəfləmişdi.
"Dalğa Arean"dakı “Makkabi” ilə oyun “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun da avrokuboklarda ilk sınağı idi. Sadıqov bu oyunadək baş məşqçi kimi avrokuboklarda iştirak etməmişdi.
Lakin bu oyun Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Zirəlilər elə ilk matçda 3 cavabsız qola üzülməklə mərhələ adlamaq şanslarını heçə endiriblər.
“Zirə” ilə “Makkabi” arasında cavab qarşılaşması iyulun 28-də İsraildə olacaq.

