"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə ilk matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu matç "Zirə"nın çalışdırıcısı Rəşad Sadıqovun klub baş məşqçisi kimi avrokuboklarda debüt oyunu olub.
Komandalar arasında cavab matçı bir həftə sonra Təl-Əvivdə olacaq.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün güclüsü ilə qarşılaşacaq.

