"Zirə" Mərdəkanda "Makkabi"yə məğlub oldu

21 İyul 2022 21:54 Zirə 1 037
"Zirə" Mərdəkanda "Makkabi"yə məğlub oldu

"Zirə" Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, "qartallar" II təsnifat mərhələsinin ilk oyununda "Makkabi"Nİ (Təl-Əviv) qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Təl-Əviv təmsilçisindən qolları 18-ci dəqiqədə Qavriel Kanixovski, 22-ci və 54-cü dəqiqələrdə isə Corce Yovanoviç vurublar.

Cavab qarşılaşması bir həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.

"Zirə" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail) 0:3

QOL: Qavriel Kaniçovski, 18, Gorge Yovanoviç, 22, 54

Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (İrlandiya)

"Dalğa Arena"

"Zirə": 1. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 18. Slavik Alxasov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov

Baş məşqçi: Rəşad Sadıqov

"Makkabi": 1. Daniel Perets, 4. Enrix Saborit, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 18. Qiaqon Parfait, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 99. Corce Yovanoviç

Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 33. Or Yitshak, 9. Stip Perika, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 30. Maor Kandil, 32. Dor Turgeman, 35. Roy Revivo, 37. Oskar Qlux, 77. Matan Hozez

Baş məşqçi: Vladimir İviç

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!