Orxan Məmmədov “Zirə”li futbolçularla görüşdü, onlara dəstək oldu - FOTOLAR

21 İyul 2022 10:30 Zirə 951
Orxan Məmmədov “Zirə”li futbolçularla görüşdü, onlara dəstək oldu - FOTOLAR

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail "Makkabi"si (Təl-Əviv) ilə oyundan əvvəl komanda üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" hesabında paylaşım edib:

“Komandamız UEFA Konfrans Liqasında mübarizəyə İsrailin “Makkabi” klubu ilə oyunla başlayır.

Oyun öncəsi futbolçular və məşqçi heyəti ilə görəşərək komandaya uğurlar, ruh yüksəkliyi və azarkeşlərin gözlədiyi müsbət nəticə arzuladıq. Uğurlar “Zirə”!".

Bu gün "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Makkabi" (Təl-Əviv) görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti