"Üçüncü dəfə Azərbaycana gəlirəm"

20 İyul 2022 20:10 Zirə 1 445
"Üçüncü dəfə Azərbaycana gəlirəm"

"Üçüncü dəfə Azərbaycana gəlirəm.

Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək".

"Makkabi"nin (Təl-Əviv) futbolçusu Şeran Yeyni Bakıda "Zirə"yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

36 yaşlı israilli müdafiəçi daha əvvəl Azərbaycanda keçirdiyi matçlarda qələbə qazanmadığını bildirib: "Əvvəlki görüşlərimizdə 0:0 və 1:1 hesabı qeydə alınmışdı".

İyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM