"Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə sabah Bakıda keçirəcəyi ilk matç öncəsi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisnin futbolçularından Ruslan Abışov zədələnib.
Bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov danışıb.
O, bildirib ki, 34 yaşlı müdafiəçi komandanın son məşqində sıradan çıxıb və sabahkı görüşü buraxacaq:
"Abışov son məşqdə zədələndi. Bir həftə, 10 gün komandadan ayrı qalacaq".
Bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq. Komandalar arasında cavab matçı 1 həftə sonra İsraildə olacaq.

