“Makkabi”nin (Tel-Əviv) "Zirə"yə qarşı keçirəcəyi Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsi bəlli olub.
Sportinfo.az xəbər verir ki, siyahıda 25 oyunçu yer alıb.
"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək.
İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Qapıçılar: 1. Daniel Perets, 19. Daniel Tenenbaum;
Müdafiəçilər: 4. Enrix Saborit (İspaniya), 5. İdan Naşmias, 27. Ofir Davidzada, 28. Andre Geraldes (Portuqaliya), 30. Maor Kandil, 31. Şahar Piven
Yarımmüdafiəçilər: 6. Dan Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 14. Yoris van Overeem (Niderland), 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas (Kürasao), 18. Qiaqon Parfait (Kot d İvuar), 21. Şeran Yeini, 22. Avi Rikan, 23. Eyal Qolasa, 26. Tamir Qlezer, 66. Nir Bitton, 77. Matan Hozez;
Hücumçular: 7. Eran Zahavi, 9. Stip Perika (Xorvatiya), 20. Osama Xalaila, 99. Corce Yovanoviç (Serbiya).

