"Zirə"nin "Makkabi" ilə matçlarını hansı kanal canlı yayımlayacaq?

18 İyul 2022 02:50 Zirə 1 822
"Zirə"nin "Makkabi" ilə matçlarını hansı kanal canlı yayımlayacaq?

Konfrans Liqasında ölkəmizi təmsil edəcək klublardan olan "Zirə"nin oyunlarını canlı yayımlayacaq telekanalın adı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin ikinci təsnifat mərhələsində "Makkabi" ilə görüşlərini İTV kanalı yayımlayacaq.

Belə ki, "Zirə"nin həm ev, həm də səfər matçını məhz İTV telekanalında canlı izləmək mümkün olacaq.

İyulun 21-də “Dalğa Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Cavab qarşılaşması isə iyulun 28-də Tel-Əvivin “Blumfild” stadionunda Bakı vaxtilə 21:30-da oynanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti