Rəşad Sadıqov "kəşfiyyat"a çıxdı, "Makkabi"nı iş başında izlədi

15 İyul 2022 09:40 Zirə 1 082
Rəşad Sadıqov "kəşfiyyat"a çıxdı,  "Makkabi"nı iş başında izlədi

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İsrailə səfər edib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində komandasının rəqibi olan "Makkabi"nin oyununu izləmək üçün Tel-Əvivə gedib.

Sadıqov köməkçisi Eltun Yaqublu ilə birlikdə "Zirə"nin rəqibinin "Toto" kubokunda Netanya "Makkabi"si ilə matçını stadiondan izləyirb O, instaqram hesabında paylaşım edib.

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-i saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda Bakı vaxtilə 21:30-da oynanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti