Rəşad Sadıqov köməkçisini də götürüb İsrailə getdi

14 İyul 2022 16:20 Zirə 1 257
Rəşad Sadıqov köməkçisini də götürüb İsrailə getdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İsrailə yollanıb.

Sportinfo.az xəbər verir ki, Sadıqov Tel-Əvivə tək yollanmayıb.

Belə ki, o, köməkçisi Eltun Yaqublu ilə birlikdə səhər reysilə Bakıdan birbaşa Tel-Əvivə uçub.

"Zirə"nin məşqçiləri komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Makkabi”nin oyununu stadiondan canlı izləyəcəklər.

Bu gün "Makkabi" (Tel-Əviv) "Toto" kubokunda "Makkabi"(Netanya) ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM