"Gərgin məşqlərimiz çox oldu, лomandada əhval-ruhiyyə yüksək səviyyədədiк.
Bacardığımız qədər yaxşı hazırlıq keçib, tez bir zamanda pik formamızı bərpa etməyə çalışırıq".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Loris Bronyo deyib.
"CBC Sport"a açıqlama verən belçikalı hücumсгьçu komandasının Türkiyə toplanışını dəyərləndirib.
Bununla yanaşı, 29 yaşlı futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri olan "Makkabi" barədə də fikirlərini bölüşüb:
"Özümü yaxşı hiss edirəm, komanda yoldaşlarım haqda da eyni sözləri deyə bilərəm. Konfrans Liqasındakı rəqibimiz olan
"Makkabi"nin çox güclü futbolçuları var. Amma biz də bu oyuna çox ciddi hazırlaşırıq. Düşünürəm ki, nəinki bu oyuna, eyni zamanda bizi qarşıda gözləyən çətin marafona hazırıq".

