Vladimir İviç bəzi futbolçuları "Zirə" üçün qoruyur

10 İyul 2022 01:50 Zirə 580
Vladimir İviç bəzi futbolçuları "Zirə" üçün qoruyur

"Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaqları oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, İsrail mətbuatına danışan 45 yaşlı mütəxəssis komandasının hazırlığını da dəyərləndirib:

"Biz fiziki hazırlığımızı yaxşılaşdırmalıyıq. Həddindən artıq çox işləyirik, futbolçular çox çalışır. "Zirə" ilə ilk oyuna bir ay qalmış hazırlıqlara başlamışdıq.

"Zirə" ilə oyuna qədər bəzi futbolçuların zədələnməməsi üçün onlara qarşı diqqətli olmalıyıq. Ölkə xaricindəki toplanışımızı başa vurduq və İsrailə qayıtdıq.

Çempionat və Konfrans Liqasının oyunlarına artıq İsraildə hazırlaşacağıq. Avropa arenasında bizi çətin oyunlar gözləyir. Bundan əvvəl də hələ çox işimiz var". (ONE)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti