"Məncə, heç bir problem olmayacaq, bizə inanırlar" - "Zirə"li serblə MÜSAHİBƏ

10 İyul 2022 19:40 Zirə 907
"Məncə, heç bir problem olmayacaq, bizə inanırlar" - "Zirə"li serblə MÜSAHİBƏ

"Zirə" Konfrans Liqasında hazırlığı Türkiyədə davam etdirir.

Komandanın təcrübəli müdafiəçilərindən olan serbiyalı Nemaniya Andelkoviç hazırlıq və avrokuboklardakı perespektivlərlə bağlı Sportinfo.az-a müsahibə verib.

- Nemaniya, artıq təlim-məşq toplanışının ikinci hissəsi də başa çatmağa doğru gedir. Arxada qalan hazırlıq dönəmini necə qiymətləndirirsən?

- Türkiyədə yaxşı hazırlığımız keçdi. 2 yoxlama oyunu keçirdik və deyə bilərəm ki, çıxışımızdan razı qaldım.

- Amma hər iki sınaq matçında da qələbə qazanmaq mümkün olmayıb...

- Təbii ki, bu oyunlar sadəcə hazırlıq məqsədi daşıyır. Bizim planlarımız və hədəflərimiz var. Və mən ümid edirəm ki, buna nail olacağıq.

- Konfrans Liqasında "Makkabi" ilə ilk oyuna 2 həftədən az vaxt qalır. Komanda daxilində ab-hava necədir?

- İki həftə müddətdən sonra İsrail təmsilçisi ilə oynayacağıq. Avropa təcrübəsi olan yaxşı komandadır. Amma düşünürəm ki, ən vacibi biz meydanda düz oynamalı və maksimum gücümüzü ortaya qoymalıyıq. Məncə, heç bir problem olmayacaq. Ən əsası, biz etdiyimiz hər şeyə inanırıq. İnam varsa, nəticə mütləq müsbət olacaq.

- Yeni transferlərlə bağlı düşüncələrin necədir? Komandaya güc qata biləcəklər?

- Biz bir ailə kimiyik. Komandamıza qoşulan yeni futbolçular da bu baxımdan bizə asanlıqla uyğunlaşa bildi. Hər birinə dəstək olduq. Komandada ab-hava müsbətdir. "Makkabi" ilə oyuna hamımız hazırıq. Məşqçilərimiz bizə inanırlar və düşünürəm ki, qarşılıqlı belə inam bizə gözəl nəticələr verəcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti