“Zirə”nin BAŞI DƏRDDƏ - Rəşad Sadıqov aparıcı “silahı”ndan istifadə edə bilməyəcək

9 İyul 2022 19:00 Zirə 2 222
“Zirə”nin BAŞI DƏRDDƏ - Rəşad Sadıqov aparıcı “silahı”ndan istifadə edə bilməyəcək

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə” əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Həmin futbolçu həm də millimizin əsas üzvlərindən sayılan Təmkin Xəlilzadədir.

28 yaşlı müdafiəçi cəzalı durumda olduğu üçün “Makkabi” (Təl-Əviv) ilə hər iki oyunu kənardan izləməli olacaq.

Unudanlar üçün xatırladaq ki, Təmkin “Qəbələ”nin şərəfini qoruyanda - 2018-ci ilin yayında Avropa Liqasında “Proqres”lə səfər qarşılaşmasının 79-cu dəqiqəsində rəqib futbolçunu vurduğu üçün Şimali İrlandiyadan olan hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

UEFA-nın İntizam Komitəsi Xəlilzadənin hərəkətini 4 oyunluq cəza kimi dəyərləndirmişdi.

Bu isə o deməkdir ki, “Zirə” “Makkabi”ni mübarizədən kənarlaşdıracağı halda belə, solaxay futbolçu növbəti mərhələdə də komandasına kömək edə bilməyəcək.

Baş məşqçi aparıcı futbolçusunun yoxluğunda müdafiənin sol cinahında Slavik Alxasovla Qismət Alıyevdən birinə güvənəcək.

Təmkin Xəlilzadə başa çatan mövsümdə “qartallar”ın heyətində meydana çıxdığı 28 oyunda 3 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti