Rumıniyada tapdığı klubda “Zirə”dən daha çox qazanacaq - FOTO

8 İyul 2022 16:40 Zirə 991
Rumıniyada tapdığı klubda “Zirə”dən daha çox qazanacaq - FOTO

"Zirə"dən qarşılıqlı razılaşma əsasında ayrılan Brayan Alseusun yeni klubu bəlli olub.

“Qartallar”la 1,5 illik müqaviləsini vaxtından əvvəl pozan 26 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

Haitili "Arceş"ə transfer olunub. O, son mövsümün ikinci yarısını "Zirə"də keçirib və qəsəbə təmsilçisinin heyətində 6 matçda meydana çıxıb.

Rumınlar onunla 1 illik müqavilə imzalayıb. Alseus yeni klubunda 100 min avro qazanacaq. Bu isə “Zirə”də əldə etdiyi gəlirdən xeyli çoxdur.

Haitilinin Azərbaycanda aylıq əməkhaqqısı 8 min dollar olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti