“Makkabi”nin baş məşqçisi "Zirə"nin adını çəkdi, gileyləndi: “Görüləsi işlər çoxdur"

6 İyul 2022 12:40 Zirə 731
“Makkabi”nin baş məşqçisi "Zirə"nin adını çəkdi, gileyləndi: “Görüləsi işlər çoxdur"

"Zirə" və Netaniya "Makkabi"si ilə oyunadək görüləsi işlər çoxdur".

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi"nin (Tel-Əviv) baş məşqçisi Vladimir İviç deyib.

45 yaşlı mütəxəssis fiziki hazırlığı artırmalı olduqlarını bildirib: "Əlimizdən gələni edirik, futbolçular çox çalışır. Azərbaycan təmsilçisi ilə matça təxminən bir ay qalmış hazırlığa başladıq. Hazırda bəzi oyunçuları qorumalıyıq".

Serbiyalı baş məşqçi təlim-məşq toplanışını başa vuraraq İsrailə qayıdacaqlarını söyləyib:

"Orada çempionat və Konfrans Liqasındakı matçın hazırlıqlarına yönələcəyik. Bizi avrokuboklarda çətin mübarizə gözləyir".

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək.

İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti