Rumınların seçimi "Zirə" oldu

19 İyun 2022 00:40 Zirə 952
Rumınların seçimi "Zirə" oldu

"Zirə"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı üçün rəqiblərindən biri bəlli olub.

Sportinfo.az-ın "stiripesurse.ro" saytına istinadən məlumatına görə, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" ilə qarşılaşacaq.

Görüşün vaxtı və yeri hələlik bəlli deyil.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda iyunun 24-dən iyulun 7-dək Boluda hazırlıq keçəcək. Bu müddətdə 2 sınaq matçı nəzərdə tutulub.

Xəbər Lenti