“Səbail”dən ayrıldı, “Zirə”dəki qazancı məlum oldu

18 İyun 2022 20:40 Zirə 1 765
“Səbail”dən ayrıldı, “Zirə”dəki qazancı məlum oldu

UEFA Konfrans Liqasında ölkəmizi Avropada təmsil edəcək “Zirə” heyətini gücləndirmək prosesinə start verib.

“Qartallar” legioner axtarışına çıxsa da, hələ ki, ilk transferləri yerlilər olub.

“Sabah”dan ayrılan Slavik Alxasovla “Səbail”lə müqaviləsinin müddəti başa çatan Mirsayib Abbasov bundan sonra qəsəbə təmsilçisinin uğurları üçün tər tökəcək.

Mahmud Qurbanovun təyinatında sonra bir çox futbolçular “Səbail”də forma geyinməyə can atsa da, Abbasovun kollektivi tərk etməsi maraq doğurmaya bilməz.

Yeni çalışdırıcı Mirsayibə qapını göstərməyib. Əməkdaşlıq davam edə bilərmiş. Abbasovun “Zirə”dən aldığı maddi baxımdan sərfəli təklif sözləşmənin baş tutmasına səbəb olub.

Belə ki, 29 yaşlı futbolçu yeni komandasında aylıq 6 min manat qazanacaq. Bu isə əvvəlki iş yerindəki aylıq gəlirindən təxminən 2 dəfə çoxdur.

Mirsayib Abbasov 2017-2019-cu illər aralığında “Zirə”nin heyətində Azərbaycan çempionatında və ölkə kubokunda 27 oyunda 3 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti