“Nəticədən asılı olmayaraq, Rəşad Sadıqovla yola davam edəcəyik”

18 İyun 2022 12:40 Zirə 1 078
“Nəticədən asılı olmayaraq, Rəşad Sadıqovla yola davam edəcəyik”

“Əlbəttə, əlimizdən gələni edəcəyik ki, “Makkabi” səddini keçək. Lakin hər şey qədərdən asılıdır. Nədirsə, o da olacaq.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” nin prezidenti Taleh Nəsibov bildirib.

O, “Zirə”nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə görüşlərinə münasibət bildirib.

Onun sözlərinə görə, nəticədən asılı olmayaraq, bu gün 40 yaşını tamamlayan baş məşqçi Rəşad Sadıqovla yollarına davam edəcəklər:

“Mən Rəşad Sadıqova inanıram. Ona çox böyük etimad göstəririk. Bu rəqibi keçib-keçməməyimizdən asılı olmayaraq, yenə onunla əməkdaşlığa davam edəcəyik.

Biz artıq transfer məsələlərini müzakirə etmişik. Ancaq konkret olaraq kimləri götürəcəyik, bunu bildirə bilmərəm. Hələ ki Rəşad müəllim menecerlərlə danışıqlar aparır”.

O, minifutbolla bağlı dünən Bakı Bulvarında keçirilən tədbirin onlara aid olmadığını da bildirib:

“Bu bizim yox, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Buna görə nazir Fərid Qayıbova təşəkkürümüzü bildiririk”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı