"Zirə"nin yeni transferi vəd verdi: "Əlimdən gələni edəcəm ki…"

18 İyun 2022 00:30 Zirə 700
"Zirə"nin yeni transferi vəd verdi: "Əlimdən gələni edəcəm ki…"

"Bu komanda ilə müqavilə bağladığıma görə şadam".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin yeni transferi Rəhim Sadıxov keçidi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

"Zirə" "Sumqayıt"dan ayrılan Rəhim Sadıxovla 2 illik müqavilə imzalayıb. Azərbaycan millisinin 26 yaşlı yarımmüdafiəçisi bildirib ki, qarşıda onları çox məsul oyunlar gözləyir:

"Əlimdən gələni edəcəyəm ki, həm özüm, həm də komandam uğur qazansın. Daha yaxşı nəticələr əldə etmək üçün var gücümlə çalışacağam".

Digər Xəbərlər
Xəbər Lenti