Rəşad Sadıqov 40 oldu!

16 İyun 2022 13:40 Zirə 1 135
Rəşad Sadıqov 40 oldu!

Bu gün müasir Azərbaycan futbolunun parlaq simalarından olan Rəşad Sadıqovun yubileyidir.

Sportinfo.az xəbər verir ki, onun 40 yaşı tamam olur.

Əslən Kəlbəcər rayonundan olan Rəşad Sadıqov 1982-ci ildə Bakı şəhərində dünyaya göz açıb.

Peşəkar karyerasına Tovuz "Turan"ında başlayıb. Millimizin əfsanəvi kapitanına çevriləcək futbolçuya ölkənin əsas komandasında debüt şansını 2001-ci ildə o zamankı baş məşqçi İqor Ponomaryov verib.

"Neftçi", "Qarabağ", "Kayserispor", "Kocaelispor", "Əskişəhərspor", "Fulad"da forma geyinmiş müdafiəçi "Neftçi" ilə "Birlik kuboku"nu qazanıb, "Qarabağ"la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupuna yüksəlib.

8 dəfə Azərbaycan çempionu (2 dəfə "Neftçi", 6 dəfə "Qarabağ"la), 4 dəfə Azərbaycan Kubokunun qalibi (1 dəfə "Neftçi", 3 dəfə "Qarabağ"la), yığmada ən çox oyun keçirən (111) futbolçu kimi tarixə düşüb.

Rəşad Sadıqov futbolçu karyerasını bitirməmiş məşqçiliyə başlayıb, "Qarabağ" və millidə gənclərlə işi ilə fərqlənməyi bacarıb.

Hazırda "Zirə"nin baş məşqçisi olan Sadıqov kluba ölkə çempionatının bürünc medalını və UEFA Konfrans Liqasına vəsiqə qazandırıb.

Təbrik edirik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"