"5-6 oyunçu almaq istəyirik, amma transferlər yubanır"

16 İyun 2022 12:40 Zirə 1 331
"5-6 oyunçu almaq istəyirik, amma transferlər yubanır"

"Demək olar ki, hər bir xəttə yeni futbolçu gətirmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Transfer məsələsindən söz açan mütəxəssis 5-6 yeni oyunçu almaq istdiklərini vurğulayıb:

"Amma transferlərimiz yubanır. Səbəb danışıqlar, rəqabət, maliyyə şərtləridir. Seleksiyanı necə və nə zaman bitirəcəyimiz çox vacibdir.

Bunların hamısı vaxt itkisidir. Nə qədər gec qoşulsalar, onların hazırlığına mənfi təsir edəcək. Ən vacibi, yeni transferlərin bizə mümkün qədər tez qoşulmasıdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!