Orxan Məmmədov ümid verdi: "Transferlərə də baxacağıq ki…"

16 İyun 2022 09:20 Zirə 1 163
Orxan Məmmədov ümid verdi: "Transferlərə də baxacağıq ki…"

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, funksioner bu raunddakı rəqibləri olan "Makkabi"nin (Təl-Əviv) çox təcrübəli kollektiv olduğunu söyləyib.

O, Təl-Əviv təmsilçisinin gücünə bələd olduqlarını bildirib:

"Amma komandamıza inanırıq. Hazırlıqlar başlayıb. Transferlərə də baxacağıq ki, rəqibin qarşısına üzüağ çıxaq və layiqli mübarizə ortaya qoyaq".

Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"