Rəşad Sadıqov "Makkabi" üçün görün, hansı sözləri işlətdi!

16 İyun 2022 01:00 Zirə 1 019
Rəşad Sadıqov "Makkabi" üçün görün, hansı sözləri işlətdi!

"Püşk qarşımıza yaxşı rəqib çıxardı".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

40 yaşlı mütxəssis bildirib ki, "Makkabi" (Təl-Əviv) Azərbaycan futbol ictimaiyyətinə tanış rəqibdir:

"Yaxın keçmişdə "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir".

Sadıqovun sözlərinə görə, Təl-Əviv təmsilçisi ilə matçlar maraqlı təcrübə olacaq: "Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".

Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti