"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu raundda “Makkabi” (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək.
Qəsəbə klubu ilk oyunu iyulun 21-də evdə, cavab qarşılaşması isə 1 həftə sonra səfərdə keçiriləcək.

