Avrokuboklara hazırlaşan "Zirə" heyətini iki yeni futbolçu ilə gücləndirib.
Qəsəbə təmsilçisinin rəsmi saytı xəbər yayıb ki, Slavik Alxasovla 2, Mirsayib Abbasovla 1 illik müqavilə imzalanıb.
Alxasov son olaraq "Sabah"da, Abbasov isə "Səbail"də çıxış edib. Onlar azad agent statusu ilə "qartallar"ın düşərgəsinə gəlib.
Slavik 8000 manat qarşılığında anlaşmaya qol çəkibsə, Mirsayibin qazancı ondan cəmi 2000 manat aşağı olacaq.
Baxmayaraq ki, "Səbail" sonuncuya komandada qalmağı təklif edib. Fəqət, "dənizçilər"in şərtləri "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun qardaşını razı salmayıb.
SPORTİNFO.AZ

