Rəşad Sadıqov çətin durumda olan hücumçuya sahib çıxdı

10 İyun 2022 23:20 Zirə 2 066
Rəşad Sadıqov çətin durumda olan hücumçuya sahib çıxdı

“Zirə” zədəli hücumçusu Filipe Paxtmanla bağlı qərarını verib.

Ötən ilin sentyabrında zədələnən braziliyalı növbəti mövsümdə də qəsəbə klubunda qalacaq.

Rəşad Sadıqov uzunmüddətli fasilədən sonra özünə gəlmiş “sambaçı”nı düşərgədən uzaqlaşdırmağı yox, ona bu cür dəstək olmağı lazım bilib.

Transfer hüququ “Lvov”a aid 22 yaşlı cənubi amerikalı ölkəsinin mətbuatına açıqlamasında zədələndiyi vaxtdan Premyer Liqaya qayıtmaq üçün mübarizə apardığını bildirib:

“Zədəmi tam sağaltmışam və artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, 2-3 həftədən sonra yenidən heyətə düşə bilərəm.

Bu, mənim üçün böyük qələbə olacaq. Əminəm ki, yaxın gələcək daha gözəl olacaq və komandaya bütün hədəflərinə çatmaqda kömək edəcəyəm.

Kifayət qədər gəncəm, Avropa futbolunda çox yaxşı şeylər yaşayacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti