Üç ay öncə "Ankara Keçiörengücü"ndən ayrılan Vüsal İsgəndərli “Zirə” və ”Sumqayıt”dan təklif alıb.
Mayın sonuna qədər “Sumqayıt”ın düşərgəsində məşq edən yarımmüdafiəçinin tələbi hər iki Premyer Liqa klubunu silkələyib.
Belə ki, Türkiyənin I Liqasında uğursuz dönəm keçirən millinin sabiq vingeri karyerasını yenidən Azərbaycanda keçirmək üçün illik 150 min manat istəyib.
SPORTİNFO.AZ

