Konfrans Liqasında iştirak edəcək Azərbaycan klubunda növbəti...

6 İyun 2022 17:40 Zirə 1 902
Konfrans Liqasında iştirak edəcək Azərbaycan klubunda növbəti...

"Zirə" fevralda düşərgəsinə gətirdiyi Ahmed Ayzaya ilə yolları ayırmaq niyyətindədir.

Buna səbəb nigeriyalı legionerin məşqçilər korpusunun etimadını doğrulda bilməməsidir.

“Qartallar" adıçəkilən yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlayıb.

4 ay öncəki razılaşmaya görə, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. Amma belə görünür ki, Premyer Liqada 1 dəfə fərqlənmiş Ayzaya tezliklə özünü başqa ölkədə sınamalı olacaq.

Qəsəbə klubuna azad agent kimi keçən 27 yaşlı afrikalı daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti