«Sabah»dan ayrılan Slavik Alxasovun yeni klubu müəyyənləşib.
Son iki mövsümü Masazır klubunda keçirmiş müdafiəçi bundan sonra «Zirə»nin uğurları üçün tər tökəcək.
«Sumqayıt» və «Səbail»dən də təklif almış yığmanın sabiq üzvü Konfrans Liqasında mübarizə aparacaq «qartallar»la birillik müqavilə imzalayıb.
O, qəsəbə təmsilçisində 8000 manat əməkhaqqı alacaq.
SPORTİNFO.AZ

