Mövsümü bürünc medalla başa vuran "Zirə"də daha bir futbolçunun gələcək taleyinə aydınlıq gəlib.
Söhbət 36 yaşlı qapıçı Anar Nəzirovdan gedir.
Baş məşqçi Rəşad Sadıqov təcrübəli qolkiperlə yola davam etməyə qərar verib.
Onunla yaxın günlərdə yeni müqavilə imzalancaq.
"Qarabağ"la ölkə kubokunun finalında əla oyun keçirən qapıçıya gənc mütəxəssis karyerasını davam etdirməli olduğunu bildirib.
Məşqçinin təklifi ilə razılaşan Anar Nəzirov yeni sözləşmə təklifinə "hə" deyib.
XANOĞLAN / SPORTİNFO.AZ

