Qurbanov bu hücumçunu "Səbail"ə qaytardı

31 May 2022 23:40 Zirə 1 554
Qurbanov bu hücumçunu "Səbail"ə qaytardı

"Zirə" Ağabala Ramazanovla yollarını ayırıb.

Qəsəbə klubu 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yeniləməyib.

Burada əsas heyətə düşə bilməyən forvard karyerasını keçmiş klubunda davam etdirəcək. Belə ki, o, "Səbail"ə qayıdıb.. hansı ki, qardaşı Zaur Ramazanov da Mahmud Qurbanovun köməkçisi kimi burada işə başlayıb.

2018/2019 mövsümündə "Səbail"in formasını geyinmiş Ağabala 2020-ci ilin əvvəlində "Zirə"yə keçmişdi. İlk vaxtlar komandanın liderlərindən olan Ramazanov bu mövsüm adından söz etdirə bilmədi.

Milliyə görə adının daim qalmaqallı söhbətlərdə hallanması onun əvvəlki performansını sərgiləməsinə mane oldu.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti