"Zirə"də ilk ayrılıq reallaşıb

31 May 2022 19:10 Zirə 1 399
"Zirə"də ilk ayrılıq reallaşıb

"Zirə" komandanın kapitanı Ağabala Ramazanovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Hücumçu ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

"Zirə" kluba göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2020-ci ildən "Zirə"dən çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti