"Qarabağ"ın adından qorxmadıq - Danışılası çox şey yoxdur, məyusuq"

29 May 2022 23:00 Zirə 1 285
"Qarabağ"ın adından qorxmadıq - Danışılası çox şey yoxdur, məyusuq"

"Danışılası çox şey yoxdur, məyusuq. Rəqibi qələbə münasibətilə təbrik edirik".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin qapıçısı Anar Nəzirov Qəbələdə "Qarabağ"a uduzduqları Azərbaycan Kubokunun final oyunu haqda deyib.

37 yaşlı qolkiper bildirib ki, penaltilər seriyası zamanı əlindən gələni etməyə çalışıb:

"Məğlub olduğumuz üçün bir az pərişanlıq var. Amma finala çıxmağımızın özü böyük işdir. "Qarabağ" kimi komanda ilə 120 dəqiqə başabaş oynadıq.

Rəqibin adından qorxmadıq. Penaltilər seriyası lotoreyadır. İki komandadan biri udmalı idi. Qismət deyilmiş".

Nəzirov Azərbaycan millisinə dəvət almamasına da toxunub: "Yığmaya oyunçuları baş məşqçi seçir. Həmkarlarımın hər birinə uğurlar arzu edirəm. Gənclərə üstünlük versə, daha yaxşı olar".

Final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti