Bu gün Azərbaycan kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək.
Ölkəmizdə futbol sezonuna "Qarabağ" –"Zirə" matçı ilə yekun vurulacaq.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq.
Sayca 30-cu – yubiley kubokun finalı Qəbələdə baş tutacaq. Premyer Liqanın çempionu olan "Qarabağ" "Qızıl dubl"unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir.
Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır.
Çempionatı bürünclə başa vuran "Zirə" isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün "Qarabağ" sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir.
Bunun üçün gözəl stimul da var. Belə ki, klub rəhbərliyi axşamkı qarşılaşmaya böyük mükafat təyin edib. Komanda kuboku başı üzərinə qaldırarsa, hər futbolçuya 8000 manat mükafat ödəniləcək.
Deyək ki, 2014-cü ilin yayında yaradılan "Zirə"nin tarixində hələ bu qədər mükafat olmayıb.
Maraq üçün yada salaq, yarımfinal mərhələsində "Neftçi"ni üstələyən "qartallar" hərəyə 5000 manat irəli düşüb.
SPORTİNFO.AZ

