"Zirə"dən "Qarabağ"la oyuna XÜSUSİ HAZIRLIQ

26 May 2022 22:20 Zirə 1 123
"Zirə"dən "Qarabağ"la oyuna XÜSUSİ HAZIRLIQ

Azərbaycanda 2021/22 futbol mövsümünə sabah baş tutacaq ölkə kubokunun finalı ilə yekun vurulacaq.

Həlledici matçda "Zirə" "Qarabağ"la üz-üzə gələcək.

Tarixində ilk dəfə final oynayacaq paytaxt klubu Qəbələdə baş tutacaq görüşdə dəstəksiz qalmayacaq. Hətta Rəşad Sadıqovun yetirmələri səfər matçlarında heç vaxt görmədiyi dəstəyi sabah hiss etmiş olacaq.

Belə ki, Bakıdan çox sayda azarkeş "Zirə" üçün adıçəkilən bölgəyə üz tutacaq.

Mövsüm boyu komandanı səfər görüşlərində dəstəkləyən rəsmi fanklubdan əlavə 1000-dən çox adamın da finalda "Zirə"ni dəstəkləməsi üçün tribunalarda yer alacağı gözlənilir.

Ümumilikdə 1500-ə yaxın azarkeşin final günü "Zirə" üçün Qəbələ stadionunda olacağı ehtimalı olunur.

"Qarabağ" - "Zirə" arasındakı final qarşılaşması sabah, saat 19:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti