Fransalı məşhur, görün, nə məsləhət gördü – Millini istəyirsənsə, Azərbaycandan get!

22 May 2022 11:40 Zirə 1 081
Fransalı məşhur, görün, nə məsləhət gördü – Millini istəyirsənsə, Azərbaycandan get!

"Zirə"nin legioneri Davit Volkov Gürcüstan yığmasına dəvət almayıb.

Millinin baş məşqçisi Villi Sanyol forvarda dəvət göndərməməsinin səbəbini açıqlayıb.

Fransalı mütəxəssis onu "Zirə"də son vaxtlar qol vura bilməməsinə görə çağırmadığını bildirib. 45 yaşlı çalışdırıcı Volkovun Özbəkistanla yoldaşlıq matçında böyük təəssürat yaratdığını söyləyib:

"Həmin görüşdə bir qol da vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi. Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək".

Gürcüstan iyunun 2-də Cəbəllütariqi qəbul edəcək. Komanda iyunun 5-də və 12-də Bolqarıstanla üz-üzə gələcəksə, iyunun 9-da Şimali Makedoniyanın qonağı olacaq.

26 yaşlı hücumçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyunda 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Gürcüstan millisində keçirdiyi 3 oyunda 1 qol vuran Volkovun bu dəfə Sanyolun diqqətindən kənarda qalmasının əsl səbəbi başqadır.

Təbii ki, bunu rəsmi olaraq heç kim etiraf etməyəcək. Amma dəqiq bildiyimiz budur ki, fransız adıçəkilən forvardın Azərbaycandan ayrılmasını istəyir.

Sanyol Volkovla son söhbətində karyerasını Avropa ölkələrindən birində davam etdirməsini məsləhət görüb.

Çalışdırıcı "Zirə" ilə müqaviləsi bitmək üzrə olan qolçuya xatırladıb ki, burada qalarsa, millidə mövqeyini mMöhkəmləndirə, əsas heyətdə özünə yer edə bilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti