Fransalı "Zirə"nin hücumçusuna niyə etimad göstərmədi?

21 May 2022 12:40 Zirə 1 047
Fransalı "Zirə"nin hücumçusuna niyə etimad göstərmədi?

"Zirə"nin hücumçusu Davit Volkovun UEFA Millətlər Liqasının oyunları üçün Gürcüstan millisinə çağırılmamasının səbəbi açıqlanıb.

Sportinfo.az "Lelo" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Villi Sanyol mətbuat konfransında bildirib.

45 yaşlıfransalı mütəxəssis Volkovun Özbəkistanla yoldaşlıq matçında böyük təəssürat yaratdığını söyləyib:

"Həmin görüşdə bir qol da vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi.

Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək".

Gürcüstan iyunun 2-də Cəbəllütariqi qəbul edəcək. Komanda iyunun 5-də və 12-də Bolqarıstanla üz-üzə gələcəksə, iyunun 9-da Şimali Makedoniyanın qonağı olacaq.

Xəbər Lenti