Rəşad Sadıqovlu "Zirə" - Dünən, bu gün və sabah

20 May 2022 17:00 Zirə 845
Rəşad Sadıqovlu  "Zirə" - Dünən, bu gün və sabah

Rəşad Sadıqovun "Zirə"si asta-asta, aram-aram öz işini görməkdədir.

Gənc mütəxəssis 2020-ci ilin yayında bu klubun başına keçdi.

Müəyyən qədər tələskənlikmi deyək, məcburiyyətdənmi deyək yığılmış heyət ilk mövsümündəcə avrokuboklar uğrunda mübarizənin mərkəz xəttində özünü hiss etdirməyi bacardı.

Hətta müəyyən dövrlərdə komandanın Sadıqovun rəhbərliyi altında ilk mövsümündəcə Avropada ölkəmizi təmsil edəcəyinə şübhə yeri qalmamışdı.

Amma bir qədər arxayınlıq, bir qədər də təcrübəsizlik sonluğu müsbət notlarda başa vurmağa imkan vermədi.

Ki, sona yaxın gərgin mübarizədə "Zirə"lilər bir xallıq fərqlə həm bürüncü, həm də Avropaya vəsiqəni "Sumqayıt"a təhvil verməli oldu.

DÜNƏN

Ötən mövsüm bəxt də bu komandadan sanki üz çevirmişdi. Belə ki, ölkə kubokunun finalında "Keşlə"(indiki "Şamaxı") yox, "Sumqayıt" qalib gəlsəydi "Zirə"lilərin üzü dördüncü pillədə belə gülmüş olacaqdı. O da olmadı.

Amma təcrübəsizlik, bəxtsizlik və bir qədər də arxayınçılığın komandanı avrokuboklardan kənarda qoyması ruh düşkünlüyünə səbəb olmadı. Əksinə bu, sanki kollektivin daha da böyüməsinə təkan verdi.

Yayda bir çox futbolçular yola salındı və yeni simalardan heyət formalaşdırıldı. Əbəs deyil ki, ötən mövsümkü komandadan cəmi 10 futbolçu Rəşad Sadıqova lazım oldu. Günü zədələrlə keçən Filip Paxtmanı da çıxsaq say 9-a düşəcək.

BU GÜN...

Artan təcrübəyə can verən yeni nəfəslə "Zirə"nin hazırkı mövsümü fırtına kimi əsdiyini deyə bilərik.

Paytaxt klubu hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşır. Son turdakı qələbə bürünc medal deməkdir. Bunun üçün "Qəbələ"nin "Sabah"la matçda xal itkisi də onlar üçün yetərli ola bilər. Bir sözlə, bürünc medal qapıdadır. Çox saylı hakim haqsızlıqları olmasaydı 4 xallıq üstünlüklə ikinci yerdə qərarlaşan "Neftçi"ni belə qabaqlamaq mümkün ola bilərdi.

SABAH...

Hər iki cəbhədə mübarizəni davam etdirən "Zirə"lilər ölkə kubokundada finala hazırlaşır. Son çempion "Neftçi" yarımfinalda məğlub edilib, finalda isə hazırkı çempion "Qarabağ" komandanı gözləyir. Burda da qələbə qazanılsa "Zirə" adına "əla mövsüm"ü fantastik mövsüm"lə əvəzləyə bilərik.

Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"