"Neftçi"nin oyunçusu aranı bir-birinə qatdı – VİDEO+FOTOREPORTAJ

16 May 2022 02:50 Zirə 814
"Neftçi"nin oyunçusu aranı bir-birinə qatdı – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.

18-ci dəqiqədə oyunçular arasında münaqişə yaşanıb.

Top "ağ-qaralar"ın futbolçusu Azər Salahlının əlinə dəydikdən sonra baş hakim Rauf Cabarov cərimə zərbəsi təyin edib. Meydan sahibinin oyunçuları və məşqçilər heyəti Salahlıya ikinci sarı vərəqənin verilməsini tələb ediblər.

"Zirə" futbolçuları cərimə zərbəsini tez yerinə yetirmək istəsə də, rəqibin heyətində Yusuf Laval buna mane olub. Ardınca meydan sahiblərindən Loris Bronyo ilə Laval arasında mübahisə yaranıb.

Hadisələrə digər futbolçular da qarışıb, Laval isə rəqib oyunçu Dmiotrios Çantakiası itələyib.

Ardınca referi "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova və Lavala sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?