Premyer Liqanın üzdə olan hücumçusuna 300 min avroluq yeni təklif gəldi

13 May 2022 11:40 Zirə 1 410
Premyer Liqanın üzdə olan hücumçusuna 300 min avroluq yeni təklif gəldi

«Zirə»nin gürcüstanlı hücumçusu Davit Volkov yeni mövsümə Azərbaycanda başlamayacaq.

Ölkəsinin yığmasına dəvət alan forvard karyerasını Polşada davam etdirəcək.

Bu ölkədən ona 2 yeni təklif gəlib və Volkov onlardan birini dəyərləndirməyi qərara alıb. Premyer Liqanın cari mövsümündə 11 qol vurmuş legionerə bu dəfə «Lex» və «Visla» (Krakov) dəvət göndərib.

Ən cəlbedici şərtləri Krakov təmsilçisi irəli sürüb. «Qarabağ»ın sabiq müdafiəçisi Yakub Jezniçakın da hazırda formasını geyindiyi «Visla» ona illik 300 min avro ödəməyə hazırdır.

Müqayisə üçün deyək ki, Volkovun Azərbaycanda aylıq gəliri 12 min dollardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti