Pul olmasa da, iddiadan əl çəkmək yoxdur - FOTOREPORTAJ

5 May 2022 02:30 Zirə 664
Pul olmasa da, iddiadan əl çəkmək yoxdur - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” səfərdə “Zirə” ilə qarşılaşıb. Görüşə meydan sahibləri fəal başlayıb.

Təşəbbüsə yiyələnən paytaxt klublarının hücumlarının önünü alan “qırmızı-qaralar” daha yaddaqalan epizodlar yardaıb. Hissənin ortalarında Fernan Lopes hesabı açıb.

Bu qoldan sonra daha bir neçə dəfə fərqlənməyə yaxın olan qonaqlar fasilə ərəfəsində ikinci dəfə rəqib qapısına yol tapıb. Bu dəfə Rafael Urziq qol sevinci yaşayıb.

İkinci hissədə matçın ssenarisi dəyişməyib. Məğlubiyyətdən qaçmağa çalışan bakılılar böyük qüvvə ilə hücumlar qurub. Etibarlı oyunu ilə diqqət çəkən komandamız fərqi artırmağa nail olub.

Görüşün sonlarında Omar Hani 3-cü qolu vurub. Beləliklə, “Qəbələ” səfərdə üç cavabsız qol vuraraq böyükhesablı qələbə qazanıb.

“Zirə” – “Qəbələ” 0:3

Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Müslüm Əliyev

Dördüncü hakim: Rəvan Həmzəzadə

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Loris Broqno, 10 (qeyri-idman hərəkəti) // Asif Məmmədov, 15 (qeyri-idman hərəkəti); Fernan Lopes, 53 (oyun qaydalarının sistematik şəkildə pozulması); Ülvi İsgəndərov, 71 (qeyri-idman hərəkəti); Rafael Utziq, 90+1 (oyunun bərpasının ləngidilməsi)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rasim Ramaldanov (“Qəbələ”) 42 (hakimin qərarına etiraz)

Qollar: Fernan Lopes, 26; Rafael Utziq, 45; Omar Hani, 81

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.

“Zirə”

1. Mehdi Cənnətov

(41. Anar Nəzirov, 46)

8. İlkin Muradov

(21. Hacıağa Hacılı, 75)

2. Sertan Taşkın

(14. Hamidu Keyta, 46)

32. Qismət Alıyev (k)

91. Coşqun Diniyev

18. Davit Volkov

44. Dmitrios Çantakias

47. Mohamed Hamdaui

9. Loris Broqno

99. Ahmed Ayzaya

4. Cəlal Hüseynov

Ehtiyat oyunçular:

22. Nail Alışov

10. Ağabala Ramazanov

15. Ruslan Abışov

26. Nemanya Andelkoviç

92. Brayan Alseus

51. Rüstəm Nuruyev

13. Ramin Əhmədov

61. Nizami Səmədov

56. Samir Ağayev

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”

94. Nicat Mehbalıyev

11. Asif Məmmədov (k)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

(12. Rüfət Əhmədov, 34)

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

9. Fernan Lopes

(8. Stefan Vukçeviç, 57)

77. Emil Səfərov

(14. Ülvi İsgəndərov, 70)

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

24. Patrik Robson

18. Mehrac Baxşalı

Baş məşqçi: Elmar Baxşıyev

Xəbər Lenti