"Zirə" əvvəl icarəyə götürdü, indi birdəfəlik transfer etdi

5 İyun 2024 01:50 Zirə 1 466
"Zirə" əvvəl icarəyə götürdü, indi birdəfəlik transfer etdi

"Zirə" ötən ilin yayında "Şamaxı"dan icarəyə götürdüyü Fuad Bayramovu birdəfəlik transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Şamaxı"nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt klubu transfer etmək hüququndan yararlanaraq 26 yaşlı müdafiəçini heyətinə qatıb.

"Şamaxı" Fuad Bayramova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Fuad başa çatan mövsümdə "Zirə"nin heyətində 31 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

O, qəsəbə əmsilçisi ilə Premyer Liqanın və Azərbaycan kubokunun gümüş mükafatını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA