Millinin keçmiş oyunçusu üçün 30 min dollar istənildi - SON DƏQİQƏ

9 Yanvar 2024 09:40 Zirə 3 802
Millinin keçmiş oyunçusu üçün 30 min dollar istənildi - SON DƏQİQƏ

«Araz-Naxçıvan» millinin sabiq yarımmüdafiəçisi Rəhim Sadıxovun xidmətində maraqlıdır.

Muxtar Respublika təmsilçisi onu sıralarına qatmaq məqsədilə «Zirə»yə müraciət edib.

Son vaxtlar «qartallar»ın əsas heyətindəki mövqeyini itirən orta sahə oyunçusunu icarəyə götürmək istəyirlər.

Qəsəbə təmsilçisi isə onunla yollarını birdəfəlik ayırmaq niyyətindədir. Zirəlilər bunun üçün 30 min dollar təzminat tələb edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu