Azərbaycan yığmasının oyunçusu Braziliyada klub axtarışına çıxdı

3 İyun 2021 15:00 Zirə 1 759
Azərbaycan yığmasının oyunçusu Braziliyada klub axtarışına çıxdı

«Zirə»də növbəti ayrılıq baş verib.

Sportinfo.az-ın məlumatına görə, Riçard Almeyda qəsəbə təmsilçisi ilə vidalaşıb.

Milliləşdirilən yarımmüdafiəçi klubun təklif etdiyi 1 illik yeni müqavilə şərtlərini özü üçün məqbul hesab eləməyib.

Braziliyaya qayıdan Azərbaycan yığmasının 30 yaşlı sabiq orta sahə oyunçusu indi ölkəsində özünə yeni komanda axtarır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti