Rəşad Sadıqova görə... Bu “əfv” qəribə görünür, deyilmi?

18 Mart 17:00 Zirə 1 171
Rəşad Sadıqova görə... Bu “əfv” qəribə görünür, deyilmi?

Premyer Liqanın 27-ci həftəsində iki keçmiş dost üz-üzə gəldi.

Adil Şükürov düz 10 il əvvəl Rəşad Sadıqovun vasitəsilə «Zirə»nin sükanı arxasına əyləşmişdi.

İki il burada qaldı, daim Rəşad Sadıqovun əlini kürəyində hiss elədi, kayrerasında yüksəliş yaşadı.

Aradan illər ötdü, Adil Şükürov ən çətin dönəmində ona yaxşılıq eləmiş dostunun «borcundan çıxdı».

Efir, sayt bilmədən «Zirə»nin oyununu tənqid etməklə. Səhər, axşam fərqi qoymadan Rəşad Sadıqovun futbol anlayışını «qılınclamaqla».

«Tofiq Bəhramov»da baş tutan dünənki qarşılaşma birbaşa elə bu mənada böyük əhəmiyyət kəsb edirdi. Rəşad Sadıqov köhnə tanışına kimin kim olmasını göstərdi.

«Zirə» açıq və sürətli oyunu ilə «Kəpəz»i meydanın bir küncünə «həbs elədi». Futbolçular göstərdi ki, bu matçı Rəşad Sadıqova görə qazanmaq istəyirlər və qazanmalıdırlar.

Eldar Quliyevin aldığı, Qismət Alıyevin dəqiq yerinə yetirdiyi penalti tərtəmiz idi. Kamal Umudlu VAR otağından gələn çağırışa şübhə ilə yanaşmadı.

Ceyhun Nuriyevin ikinci sarı vərəqəni almadığı epizoda gəlincə… «Zirə»nin qış fasiləində 100 min manat ödəyib sıralarına qatdığı yarımmüdafiəçi, heç şübhəsiz, meydandan kənarlaşdırılmalı idi.

Referi onu bağışladı. Bu «əfv» qəribə görünür, deyilmi? Axı biz həmişə hakimlərin «Zirə»nin əleyhinə yönəlik yanlış qərarlarının şahidi olmuşuq.

Yüz dəfə elə, bir dəfə də belə…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"