TƏK KƏLMƏ: "Bunu heç kim mənə deyə bilməz"

28 Aprel 2021 11:00 Zirə 701
TƏK KƏLMƏ: "Bunu heç kim mənə deyə bilməz"

"Hər komandaya qarşı fərqli oyun qurmağı bacarmaq istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Bu mövsümdən Premyer Liqada işə başlayan gənc mütəxəssis özünü baş məşqçi kimi hərtərəfli inkişaf etdirmək istədiyini bildirib:

"Bəzən böyük klublar da nəticə qazanmaq üçün belə dəyişikliklərə gedirlər. Biz də bəzən belə şeylərə əl atmağa çalışırıq.

"Neftçi" və "Qarabağ"ı kənara qoysaq, digər 6 komandanın hansı sabit hücum futbolu oynayır. Bunu heç kim mənə deyə bilməz.

Qapımda 5-6 dənə qol epizodu olacaqsa, mən elə hücum futbolu istəmirəm. Çünki bu yolun gələcəyi yoxdur. Amma "Qarabağ" və "Neftçi" bu oyunu oynamalıdır.

Biz isə istər məşqçilər, istərsə də futbolçular olaraq, o səviyyəyə gəlməmişik. İnanıram, bu yolun sonunda özümüzü elə inkişaf etdirəcəyik ki, o cür futbol oynayacağıq".

Xəbər Lenti